İctimai Şuranın üzvləri ilə uşaqların asudə vaxtının səmərəli təşkili məsələləri müzakirə olunub - FOTOLAR

Sabirabad Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın sədri Güləndam Səmədova və şuranın digər üzvləri iştirak ediblər.

İclas zamanı İctimai Şura tərəfindən görülmüş işlərə nəzər salınıb, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı rayon ərazisində yerləşən yaşayış binalarının həyətlərindəki uşaq meydançalarının bir qisminin yararsız vəziyyətdə olması xüsusi diqqətə çatdırılıb. Bildirilib ki, sınmış yelləncəklər, paslanmış metal konstruksiyalar və baxımsız ərazilər uşaqların təhlükəsizliyi üçün risk yaradır, eyni zamanda onların asudə vaxtının səmərəli təşkili imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

İclasın sonunda İctimai Şura üzvlərinin təklifləri dinlənilib, qarşıdakı dövr üçün fəaliyyət planı müzakirə edilərək müvafiq istiqamətlər müəyyənləşdirilib.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.