FHN yanında İctimai Şuranın üzvləri üçün "İlk Tibbi Yardım" mövzusunda təlim keçirilib - FOTOLAR
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən FHN yanında İctimai Şuranın üzvləri üçün "İlk Tibbi Yardım" mövzusunda təlim keçirilib.
QHT.az xəbər verir ki, təlimin məqsədi şura üzvlərinin qarşılaşacaqları hər hansı bir qəza zamanı uyğun davranış qaydaları, insanlar arasında arasında psixoloji vəziyyətin tənzimlənməsi və ilkin tibbi müdaxilə ilə bağlı maarifləndirilməsi olub.
Təlim zamanı iştirakçılara ilkin tibbi yardımın əsasları, qəzalar və fövqəladə hallar zamanı operativ müdaxilə qaydaları, eləcə də təhlükəsizlik standartları ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim olunmuşdur.
Təlim uğurla başa çatmış və iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.