Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən verilən elana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı prosesi başa çatıb.

İctimai Şura üzvlüyünə 16 nəfərin namizədliyi qeydə alınıb. Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi isə 11 nəfər müəyyən edilib.

Seçki Komissiyasının qərarına əsasən, İctimai Şura üzvlüyünə seçkilər 03 mart 2026-cı il tarixində saat 11:00-dan 14:00-dək Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti 10) vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağı şəklində keçiriləcəkdir.

Namizədlər gizli səsvermə yolu ilə seçiləcək və səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Şuraya üzv seçilmiş hesab olunacaqlar.

Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından seçki gününə on gün qalanadək (20 fevral 2026-cı il, saat 18:00-dək) öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü və əlaqə vasitəsi, həmçinin şəxsiyyət vəsiqəsinin və vətəndaş cəmiyyəti institutuna üzvlüyünə dair təsdiqedici sənədin surəti) [email protected] elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur.

 

İctimai Şura üzvlüyünə qeydə alınmış namizədlərin siyahısı:

  1. Abiyev Yusif Tahir oğlu – “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi

  2. Abbasov Rövşən Xanış oğlu – “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi

  3. Ağababayeva Tükəzban Nahin qızı – “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi

  4. Bayramov Müqabil Tofiq oğlu – “Azərbaycan Kartoqrafları” İctimai Birliyi

  5. Əbdülov İmran Məmmədəli oğlu – “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi

  6. Əsgərov Elşad Köçəri oğlu – “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi

  7. Həsənova İradə İsrafil qızı – “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi

  8. İsrafilov Zurab Sabir oğlu – “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi

  9. Kərimli Kənan İnqilab oğlu – “Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyi

  10. Məmmədov Amin Fəramiz oğlu – “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi

  11. Məmmədov Ülvi Üzeyir oğlu – IDEA İctimai Birliyi

  12. Poladov Yusif Canəli oğlu – “Qırmızı Ürəklər” Fondu

  13. Rəfiyeva Hicran Lətif qızı – “Ekologiyanın Qorunmasına Kömək” İctimai Birliyi

  14. Sultan-zadə Firuzə Vəhdət qızı – “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi

  15. Yusifov Elman Fərhad oğlu – “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyi

  16. Zülfüqarova Aynur Vaqif qızı – “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi


Paylaş

Aktiv sorğu yoxdur.