Yevlaxda gender əsaslı zorakılığa qarşı mübarizə çərçivəsində "Təhlükəsiz həyat üçün zorakılıq zəncirlərini birlikdə qıraq" adlı tədbir keçirilmişdir-FOTOLAR

Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Yevlax rayonu Nemətabad kənd H.M Əhmədov adına tam orta ümumtəhsil məktəbində gender əsaslı zorakılığa qarşı mübarizə çərçivəsində “Təhlükəsiz həyat üçün zorakılıq zəncirlərini birlikdə qıraq” mövzusunda şagirdlər ilə maarifləndirici görüş keçirilmişdir. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi psixoloqu Asəf Almədətov, Yevlax rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Ümidvar Məmmədov, Nemətabad kənd H.M Əhmədov adına tam orta ümumtəhsil məktəbin direktoru Ruslan Abbasov, məktəbin müəllim kollektivi, İctimai şuranın üzvləri və şagirdlər iştirak etmişlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş,Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi psixoloqu Asəf Almədətov gender zorakılığı ilə bağlı mövcud vəziyyət, gender zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat vermiş, qadınların öz hüququnu bilməməsi, onların fəallığının artırılması, iqtisadi asılılığı olan qadınların daha çox zorakılığa məruz qalması ilə bağlı çıxış edərək, qadınların fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Yevlax rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Ümidvar Məmmədov və Nemətabad kənd H.M Əhmədov adına tam orta ümumtəhsil məktəbin direktoru Ruslan Abbasov mövzu ilə bağlı ətraflı məlumat vermiş, zorakılığın fəsadlarından, onun qarşısının alınması yollarından danışmışlar. Görüş qarşılıqlı fikir mübadiləsi və maraqlı müzakirələrlə davam edib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.