PA nümayəndəsi Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüşüb - FOTOLAR
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Dövlət Miqrasiya Xidməti (DMX) yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüşüb.
DMX-nın Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov Şuranın yeni tərkibdə işə başladığını bildirib.
Görüşdə İctimai Şura üzvləri fikir və təkliflərini bildirib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.