Nazirlik yanında İctimai Şura üzvlüyünə seçkilər keçirilib - FOTOLAR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər 19 oktyabr 2024-cü il tarixində nazirliyin inzibati binasında keçirilib.
QHT.az xəbər verir ki, bu barədə RİİN məlumat yayıb.
Bildirilib ki, səsvermədə vətəndaş cəmiyyəti institutlarının qeydiyyatdan keçmiş 132 təmsilçisindən 104-ü iştirak edib.
Seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 104 seçki bülletenindən 2-si etibarsız sayılıb.
Səsvermədə üzvlüyə namizəd olan 12 nəfərdən ən çox səs toplamış 10 nəfər İctimai Şuraya üzv seçilib.
Beləliklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın tərkibi aşağıdakı kimi formalaşıb:
Abasbəyli Siruz Hüseyn oğlu
|
“Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyi
|
Kazımov Fərid Fərman oğlu
|
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi
|
Qurbanov Qalib İslam oğlu
|
“Azərbaycan İnternet Cəmiyyəti”
İctimai Birliyi
|
Ağamirzəyev Rauf İnşallah oğlu
|
“Sosial İqtisadi İnkişafa Dəstək”
İctimai Birliyi
|
Muradov Elməddin Nadir oğlu
|
“Jurnalistika və İnkişaf Mərkəzi”
İctimai Birliyi
|
Gündüz Osman Mehdi oğlu
|
“Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyi
|
Eyyubov Fərhad Çinar oğlu
|
“Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya” İctimai Birliyi
|
Məhərrəmova Elnarə Aşir qızı
|
“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi
|
Abbasov Elvin Miribadət oğlu
|
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi
|
Pərdəşünas Fərid Bayram oğlu
|
“İnnovasiya Könüllüləri Təşkilatı”
İctimai Birliyi
|