İctimai şuranın üzvləri FHN Akademiyasına kursant qəbulu ilə əlaqədar seçim turunu izləyiblər - FOTOLAR

7 may 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 2024/2025-ci tədris ili üzrə FHN-in Akademiyasına qəbul olmaq üçün sənəd verən abuturiyentlərin fiziki hazırlıqlarının qiymətləndirilməsi üzrə seçim turu keçirilib. Seçim turunda abituriyentlər müəyyən olunmuş idman normativləri üzrə bacarıqlarını sınayıblar.

Seçim turunda FHN yanında İctimai şuranın sədri Fuad Hacızadə və sədrin müavini Vəfa Abbasova da iştirak edib. İctimai şuranın nümayəndələri tərəfindən seçim turunun təşkili, abituriyentlərin çıxışları və qiymətləndirmə prosesi yaxından izlənilib. Yekun olaraq, Şura üzvləri turun yüksək səviyyədə təşkil edildiyini, şəffaflıq, bərabərlik və ədalət prinsiplərinin təmin olunduğunu qeyd ediblər.

İdman normativləri üzrə hazırlıqlarını sınayan 292 abituriyentdən 243 nəfər məqbul nəticələr göstərərək, seçim turunun növbəti mərhələsinə vəsiqə qazana bilib.


Paylaş

Aktiv sorğu yoxdur.