DGK yanında İctimai Şuranın  ilk iclası keçirilib - FOTOLAR

Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib. İctimai Şuranın 9 nəfər üzvünün hər biri iclasda iştirak edib.

İclası açıq elan edən, Dövlət Gömrük Komitəsinin Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov, İctimai Şura üzvləri ilə tanışlıq edərək, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili və şəffaflığın təmin olunmasında ictimai rəyin nəzərə alınması, Komitənin prioritet fəaliyyət istiqamətləri və qarşıda duran hədəflərdən söz açdı. Daha sonra, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Natiq Axundov çıxış edərək, Komitənin fəaliyyətindən və ictimai şuranın əhəmiyyətindən danışdı. İctimai Şura üzvlərini də hər biri çıxış edərək, Dövlət Gömrük Komitəsi ilə səmərəli fəaliyyətin təşkil olunacağını və qarşılıqlı, səmərəli əməkdaşlıq ediləcəyini bildirdilər. İclasın yekununda, Komitənin katiblik şöbəsinin baş inspektoru Abdinova Ayşən tərəfindən reqlamentin hazırlanması təklifi irəli sürüldü. Ayşən xanım, İctimai Şuranın fəaliyyətlərinin hesabatlarının da komitəyə təqdim olunmasını bildirdi. Daha sonra, İctimai Şura üzvləri arasında sədr, sədr muavini və katibin seçilməsi ilə bağlı iclas keçirildi. İclasın sədrliyi, ictimai şuranın üzvləri olan  Müqamət Əliyevə, katibliyi isə Məhsəti Hüseynovaya həvalə edildi.

Qeyd edək ki, iclasda İctimai Şuranın fəaliyyətinin təşkilinə dair məsələlər müzakirə edilib, şuraya sədrin seçilməsi ilə bağlı səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Əliyev Ramil Arif oğlu sədr, "Azərbaycan gənc marketoloq-reklamçılar" İctimai Birliyinin sədri Əzəmmədov Hafiz Firidun oğlu sədr müavini, "Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin sədr müavini İsmayılzadə Aytac Sədrəddin qızı isə katib seçilib.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.