Energetika Nazirliyi yanında ictimai şuraya seçkilər keçirilib - FOTOLAR

Oktyabrın 31-də Energetika Nazirliyi yanında İctimai şuraya seçkilər keçirilib. Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 8 namizəddən 3-ü seçicilərin yarıdan çoxunun səsini toplayaraq İctimai şuraya üzv seçilib. İctimai şuranın üzvləri haqqında məlumat aşağıda təqdim edilir:

       1. Əliyev Ramil Arif oğlu – “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri.

       2. Əzəmmədov Seymur Firidun oğlu – “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyinin sədri.

       3. Mehdiyev Rəşad Azad oğlu – “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri.

İctimai şuraya üzv seçilmək üçün üç nəfərin yetərli səs topladığını, İctimai şuranın üzvlərinin say həddinin isə 7 nəfər olduğunu nəzərə alaraq, qanunvericiliyə əsasən boş qalan yerlərə təkrar seçkilərin keçirilməsi nəzərdə tutulub. Təkrar seçkilərin keçirilməsi tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir.


Paylaş

Hansı İctimai Şuranın fəaliyyətini qənaətbəxş hesab edirsiniz (1 variant seçə bilərsiniz)?