Nazir müavini:  İctimai Şura qanundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirib 

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
 

QHT.az xəbər verir ki, iclasda Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli və yeni seçilmiş İctimai Şura üzvləri iştirak edib.

 
İclası giriş sözü ilə açan Daxili İşlər nazirinin müavini İsmət Əliyev İctimai Şuraya seçkilərdə qalib gələn üzvləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini İctimai Şuranın keçmiş tərkibi ilə bağlı fikirlərini bildirib. O, bildirib ki, nazirliklə İctimai Şura arasında əməkdaşlıq yüksək səviyyədə olub, fəaliyyət müddətində İctimai Şura "İctimai iştirakçılıq haqqında" qanundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirib. 

 

İctimai Şura adından çıxış edən Əliməmməd Nuriyev də Daxili İşlər Nazirliyinə İctimai Şura ilə əməkdaşlığına görə öz minnətdarlığını bildirib.


Paylaş

Aktiv sorğu yoxdur.