Nazirlik tərəfindən hazırlanmış hüquqi akt layihələrinə dair rəy sorğusunun keçirilməsinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış hüquqi aktların layihələrinə dair ictimai rəyin öyrənilməsi məqsədilə sorğunun keçirilməsinə başlanıb.


QHT.az xəbər verir ki, sorğu vasitəsilə vətəndaşlara Nazirlik tərəfindən hazırlanmış hüquqi akt layihələrinə dair rəy, irad və təkliflərini qeyd etmək imkanı yaradılıb.


 Vətəndaşlar qeyd edilən linkə (https://sosial.gov.az/aktiv-qanunvericilik-layiheleri) daxil olaraq sorğuda iştirak edə bilərlər.


 Qeyd edək ki, sorğu “İctimai iştirakçılıq haqqında” Qanununun tələblərinə uyğun keçirilir.


Paylaş

Aktiv sorğu yoxdur.