“İctimai iştirakçılıq haqqında” qanuna dəyişikliklər qəbul edildi – MÜQAYİSƏLİ TƏQDİMAT
 

Milli Məclisin iclasında “İctimai iştirakçılıq haqqında” qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Mayın 2-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

QHT.az xəbər verir ki, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, layihədə "İctimai iştirakçılıq haqqında" Qanunda istifadə edilən termin və anlayışların "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğun olaraq aydın və birmənalı ifadə edilməsini təmin etmək üçün müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərin dəstəklənməsi ölkədə qərar qəbulu prosesində vətəndaşların iştirakının daha da genişlənməsinə, ictimai nəzarət mexanizminin  təkmilləşdirilməsinə, ictimai iştirakçılığın təmin olunmasına məsul olan dövlət orqanlarının cavabdehliyinin artırılmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


QHT.az qanuna nəzərdə tutulan dəyişikliyi təqdim edir.


Paylaş

Aktiv sorğu yoxdur.