Nazirliyin İctimai Şurasına ən çox bu şikayətlər daxil olur-SƏDR

“Son zamanlar ən çox gələn şikayətlər məktəblərin təmiri və yenilənməsi ilə bağlıdır”

 TehsilForumu.Az - ın  əldə etdiyi məlumata görə fikirləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova qeyd edib.

“İl başlayandan çox vaxt keçmədiyini nəzərə alsaq, xüsusi şikayətlər olmayıb. Daha çox müraciətlər keçən ildən qalıb. Son zamanlar ən çox gələn şikayətlər məktəb təmiri , məktəblərin yenilənməsi ilə bağlıdır. Əlavə olaraq bəzi şəhər məktəbləri pilot sistemə keçməklə bağlı müraciət edir. Bunlar şikayətlə yanaşı ictimailəşdirilmiş məsələlərdir”

Sədr eyni zamanda il ərzində şikayətlərin mövzusunun dəyişdiyini də qeyd etdi:

“Sezon olaraq təhsildə baş verən hərəkətliliyə görə şikayətlərin mövzusu dəyişir. Məsələn, yay aylarında daha çox sertifikasiya, MİQ, uşaqların yerləşdirilməsi mövzularında şikayətlər olur.

Son zamanlarda qışın sərt keçdiyi bölgələrdə yerləşən məktəblərin təmiri ilə bağlı şikayətlərdir. 4500 məktəbin olduğunu nəzərə alsaq, hər il maximum 60-70 məktəbin təmiri ilə bağlı qərar qəbul edilə bilər”

Günel Səfərova şuranın ilk iclasının keçirildiyini bildirdi:

“Bizim ilk iclasımız 13 yanvar tarixində oldu. Qərara gədik ki, təchizat şöbəsi ilə nazirlikdə bir görüş keçirək. İşləmə mexanizmləri, bizim nəzarətimiz tələb olunan məsələlər haqqında məlumat alaq.

Sonra regional idarələrin rəhbərləri ilə biz ayrı-ayrılıqda görüşməliyik. Çünki şikayətləri meyarlar üzərində böldükdə fərdi şikayətlərin sayı daha çoxdur. Məsələn, vətəndaşlar Təhsil Nazirliyinin qaydalara uyğun olmadığı üçün həyata keçirmədiyi mövzular olduqda, bizlə əlaqə saxlayırlar. Əslində isə ictimai şuranın işi qanunvericiliyə qurumun nə dərəcə əməl edib etməməsini də yoxlamaqdır”.

 


Paylaş

Aktiv sorğu yoxdur.