Sabirabad RİH yanında İctimai şura "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya, sağlam həyat" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir

24 aprel 2024-cü il tarixdə Osman Mirzəyev adına Qaratəpə kənd tam orta məktəbində Sabirabad rayon İcra Hakimiyyəti  yanında İctimai şuranın şura üzvlərin iştikarı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya, sağlam həyat" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Sabirabad RİH yanında İctimai şuranın sədri Güləndam Səmədova çıxış edərək ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib. Dövlət siyasətinin vacib istiqamətlərindən biri olan ekoloji mühitin qorunması və vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması, ölkədə sanitariya mədəniyyətinin yüksəldilməsi və s. məsələlər diqqət mərkəzində saxlanılır və bu istiqamətdə olduqca böyük işlər görüldüyü barədə məlumat verib.

Daha sonra şagirdlərin əl işlərində ibarət rəsmlər nümayiş etdirildi.

Sonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin həyətində ağacəkmə aksiyası təşkil olunub.


Paylaş

Aktiv sorğu yoxdur.