İctimai Şura və Medianın İnkişafı Agentliyi arasında ailə, qadın və uşaq məsələləri üzrə görüş -FOTOLAR 

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov və Şuranın sədr müavini Nailə İsmayılova, Şuranın üzvü Vəfa Abbasova, Şuranın üzvü Samirə Mustafayeva Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı Direktorun müavini Natiq Məmmədov, Agentliyin aparat rəhbəri, şöbə müdirləri ilə görüşüblər.

Görüşdə erkən nikah, qadın və uşaq hüquqlarının qorunması və bu kimi digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu yöndə qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.