“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilər başa çatıb - SİYAHI

SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin nəticələri bəlli olub. 19 dekabr 2023-cü il tarixdə saat 09:00-dan etibarən başlanan seçki prosesi 14:00-dək davam edib. Daha sonra bülletenlərin hesablanmasına başlanılıb. Seçkinin nəticəsində tələb olunan səs çoxluğunu toplamış 7 namizəd İctimai Şuranın üzvü seçilib:

1) İbrahimli Qorxmaz Əbülfəz oğlu
2) Salmanov Elçin Fikrət oğlu
3) Əhmədov Araz Əhməd oğlu
4) Ədilzadə Ədil Tahir oğlu
5) Əliyeva İlahə Əhməd qızı
6) İsmayılov Rafiq Eldar oğlu
7) Əliyev Anar Əliheybət oğlu

Məlumat üçün bildirək ki, seçkidə 299 nəfər səsvermə hüququ əldə edib. 254 nəfər seçkidə iştirak edib, 5 bülleten isə Seçki Komissiyası tərəfindən etibarsız hesab edilib.

 

Məlumat üçün bildirək ki, seçki prosesinə 2023-cü ilin oktyabr ayının 27-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı noyabr ayının 28-dək davam edib. Ümumilikdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya 7 üzv yerinə 23 namizəd irəli sürülüb.


Paylaş

Aktiv sorğu yoxdur.