04 iyun 2025-ci il tarixində Astara rayon icra hakimiyyəti başçısı yanında Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
04 iyun 2025-ci il tarixində Astara rayon icra hakimiyyəti başçısı yanında Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 5.1, 5.2 və 6.2-ci bəndlərinin icrası ilə bağlı növbəti tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, LARTİ Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva, rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin işçiləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri iştirak etmiş, mövzu ilə bağlı çıxışlar edilmiş, müzakirələr aparılmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinin bu istiqamətdə daha effektiv və səmərəli fəaliyyət göstərilməsindən ötrü böyük imkanlar yaratdığını qeyd etmiş, Milli Fəaliyyət Planının bəndlərinin icrasına rayon icra hakimiyyəti tərəfindən böyük diqqət göstərildiyini bildirmiş, Tədbirlər Planının 6.2-ci bəndinə uyğun olaraq təhsil və səhiyyə işçiləri ilə bi səpkidə görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış, o cümlədən, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə işlərinin davam etdirilməsi mövzusuna toxunmuşdur.
Rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası məsələsinin rayon icra hakimiyyəti tərəfindən daim diqqətdə saxlanıldığını və 2026-cı ilədək mərhələli şəkildə bütün bəndlərin uğurlu icrasına nail olunacağını qeyd etmişdir. Rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci bəndinə uyğun olaraq, artıq üç il ərzində fəaliyyət göstərən İctimai Nəzarət Şurasının qarşısında qoyduğu məqsədlərə çatmaqdan ötrü bütün üzvləri ilə birgə səylə fəaliyyət göstərdiyini, rayon icra hakimiyyəti ilə birgə rayonda maarifləndirici tədbirlərin ardıcıl olaraq keçirildiyini bildirmiş, təhsil və səhiyyə işçilərində antikorrupsiya davranış modelinin formalaşması sahəsində ölkə başçısının rəhbərliyi ilə şəffaf mühitin formalaşdığını qeyd etmişdir. Rayon icra hakmiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov çıxışında qeyd etdi ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinə uyğun olaraq rayon icra hakimiyyəti ilə birgə rayonda korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən ictimai şuralar və QHT-lər arasında əməkdaşlıq daha da güclənmişdir və hal-hazırda maarifləndirici tədbirlərin ardıcıl olaraq keçirilməsi təmin olunur. Bildirmişdir ki, bundan sonra da birgə fəaliyyətimizi davam etdirməklə yeni layihələr həyata keçirəcək, ictimai iştirakçılığın tətbiqinin genişləndirilərək ictimai şuraların fəaliyyətinin səmərəliliyinin daha da artırılmasından ötrü səy göstərəcəyik. Tədbirdə mövzular ilə əlaqədar çıxışlar olunmuş, iştirakçıların sualları cavablandırılmışdır.