Gənclər və İdman Nazirliyi yanında İctimai Şura üzvlüyünə 15 yer uğrunda 43 namizəd mübarizə aparacaq

01 iyul 2021-ci il tarixdə Zoom platforması üzərindən keçirilmiş onlayn formatda iclasda İctimai Şuraya seçkilərin keçirilməsi üzrə nazirliyin əmri ilə təsdiq edilmiş aşağıdakı tərkibdə komissiya üzvləri iştirak ediblər.

 

  1. İntiqam Babayev – gənclər və idman nazirinin müavini, komissiyanın sədri
  2. Fərid Mansurov – Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, komissiyanın üzvü
  3. Fuad Babayev – Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri komissiyanın üzvü
  4. Rauf Əliyev - Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi - baş hüquşünası, komissiyanın üzvü
  5. Nurəddin Mehdiyev - “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, komissiyanın üzvü
  6. Emin Babayev – Azərbaycan Skautlar Assosiasiyanın sədri, komissiyanın üzvü
  7. Mehman Kərimov – Milli Olimpiya Komitəsinin Marketinq idarəsinin rəisi, komissiyanın üzvü
  8. Alla Vlasova -  Çerlinq Federasiyasının prezidenti, komissiyanın üzvü
  9. Kamal Məmmədov – Milli Paralimpiya Komitəsinin Baş katibi, komissiyanın üzvü

 

Nazir müavini İntiqam Babayev iclası giriş sözü ilə açaraq bu günədək nazirliyin yanında yalnız Gənclərlə iş üzrə İctimai Şuranın olduğunu bildirib. O nazirliyin 2 dövlət siyasətini icra etdiyi üçün qanunvericiliyin tələblərinə görə hər 2 sahə təmsil edən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasının vacibliyini vurğulayıb, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq seçkinin tam şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanların yaradılacağını qeyd edib. 

 

Komissiya üzvləri çıxış edərək İctimai Şuranın nazirliyin fəaliyyətində önəmli yer tutacağını və onun fəaliyyəti üçün bütün texniki imkanların yaradılmasının zəruruliyini qeyd ediblər.

 

İclasda seçki ilə bağlı görülmüş işlər, namizədlər və təmsilçilər barədə, seçki günü, yer və saatının təyin olunması, seçkinin təşkili ilə bağlı texniki məsələlər (səsvermənin təşkili, qeydiyyat, səsvermə kabinaları, səslərin sayılması və s.) müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

 

İclasda 47 nəfərin namizədliyinin irəli sürüldüyünün, bunlardan 43-nün qeydiyyata alındığı  bildirilib. 3 nəfərin sənədləri tam qaydasında, 1 nəfərin isə müvafiq sahə üzrə təcrübəsini təsdiq edən məlumatlar olmadığndan namzədliyin qeydiyyatı alınmasından imtina edilib. 

 

Seçki 15 iyul 2021-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük zalında saat 10:00-dan 14:00-dək keçiriləcək

 

Qeyd edək ki, İctimai şuranın 15 nəfər tərkibdə formalaşdırılması nəzərdə tutulur.

 

QEYD: 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etmək olub. İndiyədək ictimai şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.

 

Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə iş üzrə İctimai Şuranın fəaliyyətinə xitam veriləcək.

 

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslərin SIYAHISI

 

 

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslərin siyahısı

 

 

 

 

Ad, soyad, ata adı

 

Namizədliyini irəli sürmüş təşkilatın adı

 

Təvəllüdü

 (gün, ay, il)

 

1.

Həsənli Mikayıl Raqif oğlu

 

"Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyi

 

08.09.1991

 

2.

Azər Əliyev Nurəddin oğlu

 

"Gəncliyin Təşəbbüsü Maarifləndirmə" İctimai Birliyi

 

19.02.1976

 

3.

İntiqam Cavanşir Yaşar oğlu

 

Dünya Gənc Türk Yazarlar Birliyi

 

03.10.1990

 

4.

Nihad Allahyarlı Vüqar oğlu

 

"Davam" Gənclər Hərəkatı İctimai Birliyi

 

21.02.1992

 

5.

Qələndər Aslanov Asdan oğlu

 

"Samuray" İdman Klubu İctimai Birliyi

 

01.10.1975

 

6.

Asim Vəliyev Nazimoviç

 

"Gənclərin Töhvəsi" İctimai Birliyi

 

13.07.1982

 

7.

Azər Əliyev Ruslan oğlu

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası

 

11.09.1993

 

8.

Arif Məmmədov Aydın oğlu

 

Azərbaycan Karate-do Federasiyaları  Assosiasiyası

 

16.09.1977

 

9.

Ramiz Əliyev Təvəkkül oğlu

 

"Sağlam Düşüncə" Gənclər Təşkilatı

 

20.06.1987

 

10.

Azad Mənaflı Əziz oğlu

 

"İsmayıllı İntellektual oyunlar klubu" İctimai Birliyi

 

21.02.1996

 

11.

Kamal Əhmədov İzzət oğlu

 

Azərbaycan Atletika Federasiyası

 

06.05.1966

 

12.

Zöhrab Gözəlbəyli Katib oğlu

 

Azərbaycan Voleybol Federasiyası

 

22.05.1959

 

13.

Elnur Məmmədov Mənəf oğlu

 

“Autizm Assosiasiyası” İctimai Birliyi

 

05.12.1945

 

14.

Səbinə Əliyeva Aydın qızı

 

"Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyi

 

07.08.1996

 

15.

Elvar Osmanov Eldar oğlu

 

Gəncə İdman Klubu İctimai Birliyi

 

08.08.1987

 

16.

Səbuhi Mehdizadə Knyaz oğlu

 

Azərbaycan Stolüstü Teniss Federasiyası

 

27.06.1981

 

17.

Elçin Mehdizadə Eldar oğlu

 

Azərbaycan Şotokan Karatedo Federasiyası

 

20.09.1960

 

18.

Aynur Məmmədova Tofiq qızı

 

"Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyi

 

21.02.1979

 

19.

Əziz Əzizov Fatehoviç

 

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi

 

06.11.1980

 

20.

Hüseynəli Abbaslı Çərkəz oğlu

 

Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyası

 

20.04.1983

 

21.

Cəsarət Əhmədov Mehman oğlu

 

Azərbaycan Qol Güləşi Federasiyası

 

12.02.1978

 

22.

Ceyhun Bayramov Sabir oğlu

 

Azərbaycan Könüllü Təşkilatları İttifaqı

 

24.08.1996

 

23.

Sənan Məhərrəmov Nizami oğlu

 

Azərbaycan Respublikasının Milli Karate Federasiyası

 

25.07.1974

 

24.

Nağı Səfərov Tofiq oğlu

 

Azərbaycan Boks Federasiyası

 

09.01.1976

 

25.

Bağırov Saleh Eldar oğlu

 

“İrs - Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyi

 

12.06.1994

 

26.

Acalov Fərhad Eldar oğlu

 

"Azərbaycan İdmançıları" İctimai Birliyi

 

24.12.1962

 

27.

Abbasov Elşən Talıb oğlu

 

Azərbaycan Reqbi Federasiyası

 

29.08.1978

 

28.

Alıyev Elnur Tahir oğlu

 

Ağsu Futbol Klubu

 

03.06.1982

 

29.

Quliyev Bəxtiyar Tofiq oğlu

 

"Azərbaycan Strongmen Federasiyası" İctimai Birliyi

 

17.12.1975

 

30.

Əsgərli Hüseyn Asif oğlu

 

"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi

 

17.09.2001

 

31.

Əsgərəlizadə Bağır Salam oğlu

 

Azərbaycan Tennis Federasiyası

 

30.08.1986

 

32.

Əzizov Teyub Ağayar oğlu

 

Azərbaycan Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyası

 

09.01.1971

 

33.

Hidayətov Coşqun Hikmət oğlu

 

"Böyük Qayıdış" Gənclər Təşkilatı

 

02.11.1994

 

34.

Qədirov Vüqar Kərim oğlu

 

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı

 

20.09.1974

 

35.

Ələsgərova Nigar Elman qızı

 

"Odlar Yurdu" Gənclər İctimai Birliyi

 

23.09.1986

 

36.

Qurbanov Kazım Xanlar oğlu

 

Azərbaycan Milli İdman Oyunları Assosiasiyası

 

12.08.1988

 

37.

Seyidzadə Miraqil Miramin oğlu

 

"Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi

 

04.08.1984

 

38.

Mirələmli Pərviz Atamalı oğlu

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

 

05.08.1995

 

39.

Elmar Babanlı Tofiq oğlu

 

Azərbaycan Cüdo Federasiyası

 

28.09.1982

 

40.

Rafael Hacıbəyli Syavuş oğlu

 

"Avropa Gənclər Parlamenti - Azərbaycan" İctimai Birliyi

 

07.08.1997

 

41.

Həsənağa Rzayev Nazim oğlu

 

Milli Olimpiya Komitəsi

 

05.08.1977

 

42.

Şahin Rəhmanlı Elman oğlu

 

"İRƏLİ" İctimai Birliyi

 

16.09.1991

 

43.

Nuranə Şıxəliyeva Xanoğlan qızı

 

Azərbaycan Alpaqut Federasiyası

 

13.11.1983

 

 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.